SOSİUM

Temperatur artacaq - HAVA PROQNOZU
03 İYUN
207

Temperatur artacaq - HAVA PROQNOZU

2016-06-03 12:34:00

İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən xəbərə görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. 

Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz olacaq, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.  

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin əsas və normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275