SOSİUM

Qafqaz Müsəlmanları İdarəsi “kredit şərtləri"ni - AÇIQLADI
02 İYUN
1433

Qafqaz Müsəlmanları İdarəsi “kredit şərtləri"ni - AÇIQLADI

2016-06-02 14:40:00

Azərbaycanda aprelin 1-dən etibarən Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Sənəd qəbulu bu ayın sonunda yekunlaşacaq.Fins.az-ın məlumatına görə, buna baxmayaraq hələ də bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən 250-si boş qalıb.100 yer VİP ziyarət, 150 yer isə nisbətən zəif şəraitli ziyarət üçün olandır.

Qurum bunu nəzərə alaraq həcc ziyarəyinə getmək istəyən amma birbaşa bütün məbləği ödəyə bilməyənlərə hissəli ödəniş təklif edir.

Eləcə də bax: Azərbaycanda kreditlə Həcc ziyarəti təklif olundu

İdarədən fins.az-a verilən məlumata görə, həcc ziyarətinə indi yazılmaq istəyənlər minimum 2000 dollarlıq hissəsini əvvəlcə ödəməlidirlər.VİP ziyarət yerləri üçün 2500 dollar, digər yerlər üçün qalan 1500 dollarlıq hissə 10 gün ərzində ödənilməlidir. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti sentyabrın 2-i başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275