SOSİUM

"ASAN Kommunal" avqustda işə düşəcək
02 İYUN
337

"ASAN Kommunal" avqustda işə düşəcək

2016-06-02 10:55:00

““ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı intensiv işlər gedir. Cənab prezidentin tapşırığına əsasən “ASAN Kommunal” mərkəzləri çox qısa müddət ərzində təhvil verilməlidir”. Fins.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O qeyd edib ki, avqust ayı ərzində “ASAN Kommunal” mərkəzlərinin təhvil verilməsi planlaşdırılır: “Artıq potensial yerlər müəyyən olunub və bu yerlərdə hazırlıq işləri gedir”. 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzləri yaratmaq və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270