SOSİUM

Yağış yağacaq - HAVA PROQNOZU
01 İYUN
153

Yağış yağacaq - HAVA PROQNOZU

2016-06-01 12:50:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 2-nə hava proqnozunu açıqlayıb. Fins.az-ın məlumatına görə,

Bakıda və Abşeron yarımadasında 

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir.  Şimal küləyi əsəcək.

Eləcə də bax: Şimşək çaxacaq, dolu düşəcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275