SOSİUM

Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi
31 MAY 2016
425

Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi

2016-05-31 14:28:00

Bu il Azərbaycanda keçiriləcək Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

Fins.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.  

Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293