SOSİUM

Abituriyentlərin 86 faizi imtahandan kəsildi - I və IV QRUPDA
26 MAY
621

Abituriyentlərin 86 faizi imtahandan kəsildi - I və IV QRUPDA

2016-05-26 15:02:00
“2016-cı il may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600‑700 bal (0.08 %) arası nəticə göstərib”.

Fins.az  xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahanda iştirak edən əvvəlki illərin məzunlarından 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %) toplayıb.

10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib. TQDK-dan bildirilib ki, əvvəlki illərin məzunları ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak edib, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.

TQDK may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270