SOSİUM

Ən çox pul hansı yaşda qazanılır? – ARAŞDIRMA
24 MAY
2607

Ən çox pul hansı yaşda qazanılır? – ARAŞDIRMA

2016-05-24 16:09:00

İnsanların ən çox pul qazandığı dövr 35-44 yaşlarına təsadüf edir. Fins.az-ın məlumatına görə, bu, ABŞ-ın CreditRepair.com şirkətinin son 60 il ərzində orta statistik amerikalının gəlirlərini araşdırdıqdan sonra məlum olub. Araşdırma göstərir ki, bu ölkədə ən çox gəlir əldə edən 35-44 arası yaşlı insanlardır. Onların ardınca isə, 45-54 yaşlı şəxslər gəlir.

Eləcə də bax: Evi tərk etmədən pul qazanmağın - 7 YOLU

Amma tədqiqatın nəticəsi göstərir ki, yaş göstəricisi pul qazancında ən vacib faktor deyil. Burada cins və irq də əsas rol oynayır. Belə ki, araşdırma göstərib ki, asiyalıların gəlirləri digər qruplardan daha artıqdır. Cinsə nəzərən bölgüyə gəldikdə isə, kişilər hələ də hər yaş qrupunda qadınlardan öndədirlər.

Eləcə də bax: Gələcəyi parlaq 10 peşə

Daha aydın şəkildə isə, rəqəmləri aşağıdakı qrafiklərdə izləyə bilərsiniz.

Yaşınız qazancınıza necə təsir edir?

Qadın və kişilərin orta hesabla qazancları-yaş qruplarına görə:

4 irqə əsasən (asiyalılar, ağlar, qaralar, ispan mənşəlilər) orta hesabla qazanclar-yaş qruplarına görə:

Yaş qruplarına görə əhalinin gəlirliliyi son 60 ildə necə dəyişib?

Aşağıdakı qrafikdə, 1955-ci ildən bu yana 5 fərqli yaş qrupu üzrə əhalinin orta hesabla qazanclarındakı dəyişiklikləri görə bilərsiniz:

Eləcə də bax: Müdirinizin işdən çıxacağını göstərən – 19 ƏLAMƏT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272