SOSİUM

Elektron reseptlər gəlir
24 MAY
213

Elektron reseptlər gəlir

2016-05-24 14:17:00

 “Gələn ildən ölkədə sığorta təbabətinin tətbiqinə başlanılacaq. Sığorta təbabəti tətbiq olunandan sonra qarşıda duran əsas məsələlərdən biri reseptlərin elektron qaydada yazılmasıdır”. Fins.az-ın APA-a istinadən xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, tibb müəssisələrinin komputerlərlə, informasiya texnologiyaları avadanlıqları ilə tam təchizatı istənilən səviyyədə deyil. 
 
Nazir müavini bildirib ki, 2007-ci ildən tətbiq edilən vətəndaşların elektron sağlamlıq kartı sistemindən bu gün 600-dən artıq tibb müəssisəsi istifadə edir: “Bu da 2 milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bunun da 1 milyonu uşaq əhalisidir. Bu illər ərzində yeni doğulan uşaqların hamısı elektron sağlamlıq kartı ilə təmin olunur. Onların xəstəlikləri, müalicəsi ilə əlaqədar bütün məlumatlar sağlamlıq kartında öz əksini tapır. Digər tərəfdən stasionar şəraitdə müalicə alan bütün xəstələrin xəstəlik vərəqələrində olan bütün məlumatlar elektron bazaya yönəldilir”. 

E. Ağayev qeyd edib ki, doğumla, sürücülük vəsiqəsi ilə bağlı arayışlar və şəhadətnamələr onlayn qaydada aidiyyəti qurumlara göndərilir.

Nazir müavini onu da qeyd edib ki, təxminən 20 dövlət xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, özəl klinikalar vahid informasiya mərkəzi sisteminə qoşulub: “Təcili tibbi yardım xidməti da vahid informasiya mərkəzinə qoşulub. Tibbi briqadaların xəstələrə yaxınlaşma müddəti çox qısalıb. Artıq tibbi briqadalar xəstələrə 10-15 dəqiqə müddətində yaxınlaşa bilirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275