SOSİUM

Sabaha olan - HAVA PROQNOZU
23 MAY
397

Sabaha olan - HAVA PROQNOZU

2016-05-23 13:18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 24-nə olan hava proqnozunu açıqlayıb. 

Bakı və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

Eləcə də bax: Hava dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275