SOSİUM

Qanunsuz miqrantlar Azərbaycana hardan gəlirlər? - AÇIQLAMA
23 MAY
394

Qanunsuz miqrantlar Azərbaycana hardan gəlirlər? - AÇIQLAMA

2016-05-23 13:13:00

“Hazırda Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var”. Fins.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin şöbə rəisi Qüdrət Məmmədov deyib.

Şöbə rəisi bildirib ki, son 6 ay ərzində qanunsuz miqrantların saxlanılması zamanı 5 mütəşəkkil dəstə zərərsizləşdirilib:

“Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. Hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub.

Dövlət Miqrasiya Xidmətinin rəsmisi Qüdrət Məmmədov söyləyib ki, qanunsuz miqrantlar əsasən Banqladeş və Pakistandan daha çox olublar:

 “Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxlərdir”.

 “Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar. 

Mənbə: Modern.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274