SOSİUM

Bələdiyyə sədri keçmiş sədri məhkəməyə verdi - ABŞERONDA
23 MAY
294

Bələdiyyə sədri keçmiş sədri məhkəməyə verdi - ABŞERONDA

2016-05-23 09:12:00

Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin 27.525 manat əməkhaqqı borcu yaranıb. Fins.az Belediyye.infoya istinadən xəbər verir ki, bələdiyyənin hüquqşünası Vüqar Rəfiyev də  təsdiqləyib.  Bələdiyyə rəsmisinin sözlərinə görə, hazırda bələdiyyə sədri keçmiş sədrə qarşı  yaranmış əməkhaqqı borcunun ödəniməsiylə bağlı iddia ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Bəyağa Abbasov ötən ilin noyabrında istefa ərizəsi yazaraq sədr kreslosunu tərk edib. İstefadan sonra bələdiyyənin sədr müavini işləyən Mahizər Şirəliyeva sədr əvəzi seçilib.

Bu müddət ərzində isə bələdiyyədən işdən öz ərizələriylə azad edilməsi iddia edilən 7 nəfərin əməkhaqqı ödənilməyib. Hüquqşünasın fikrincə keçmiş sədr vergilərə və sosial müdafiəyə olan borcları odəmiş olsa da, işçilərin əməkhaqqını verməkdən vaz keçib.

Maraqlı məqam ondadır ki, bələdiyyənin 31 min manat borcu olduğu halda, 237 min manat da alacağı vardır. Borcu ala bilmədiyindən öz borclarını da bələdiyyə bağlaya bilmir.

Digər qaranlıq qalan məqam isə işçilərin kütləvi şəkildə azad edilməsidir. Hüquqşünas bununla bağlı hər hansı  açıqlama verməkdə çətinlik çəksə də ümumən fikirlərini sonadək izah edə bilmədi.

Hüquq müdafiəçisi Sahib Məmmədov  kütləvi şəkildə işçilərin işdən azad edilməsini düzgün addım saymır. İşdən azad edilmə halı ya öz ərizləriylə, ya da müəssisənin bağlanması zamanı baş verə bilər.  İndiki halda bələdiyyənin bağlanması baş vermədiyindən kütləvi şəkildə azad edilmə yol verilməz sayılmalıdır.

İkinci bir tərəfdən lap tutalım belə bir hal baş verərsə tam qanunauyğun şəkildə icra olunmalı, qanunvericiliyin  tələblərinə əməl olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272