SOSİUM

Amnistiya aktı qəbul edildi
20 MAY
384

Amnistiya aktı qəbul edildi

2016-05-20 14:10:00

Bu gün parlamentin xüsusi iclasında “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi yekdilliklə qəbul edilib. Fins.az xəbər verir, layihəyə əsasən əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, ərazimizin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad olunacaqlar.

Eləcə də bax: Milli Məclisdə amnistiya - İCLASI KEÇİRİLİR

Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad ediləcəklər. On min şəxs amnistiya aktının təsiri altına düşüb. Onlardan 3500-ə yaxın məhkum azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270