SOSİUM

Yağış yağacaq – HAVA PROQNOZU
19 MAY
192

Yağış yağacaq – HAVA PROQNOZU

2016-05-19 13:00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 20-nə olan hava proqnozunu açıqlayıb. 

Bakıda və Abşeron yarımadasında                                                                                             

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında 

Şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275