SOSİUM

Bu gün bəzi rayonlarda qaz olmayacaq
18 MAY
332

Bu gün bəzi rayonlarda qaz olmayacaq

2016-05-18 08:29:00

Bu gün Azərbaycanın bəzi rayonlarınınn magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq. Fins.az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, söhbət Hacıqabul, Astara, Qazax və Siyəzən rayonlarından gedir. Təmir işləri saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qarasu" və "Ələt", Astara Magistral qaz kəmərləri sahəsinin "Rvo", Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında, o cümlədən, Siyəzən magistral qaz kəmərləri sahəsinin "Yaşma-Siyəzən" magistral qaz kəmərində həyata keçiriləcək. Təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad, Lerik rayonunun Piran, Lənkəran rayonunun Narbağı, Qromba, Şağlaküçə, Kərgəlan, Rvo, Dərquba və Lvəsər, Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar, Qara Siyəzən və Beşdam kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir rayonunun və Qaradağ rayonunun Ələt qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275