SOSİUM

Temperatur yüksəlir – HAVA PROQNOZU
17 MAY
279

Temperatur yüksəlir – HAVA PROQNOZU

2016-05-17 12:34:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 18-nə olan hava proqnozunu açıqlayıb. 

Bakıda və Abşeron yarımadasında 

Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Paytaxt və yarımadada cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq. 

Azərbaycan rayonlarında 

Gündüz hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq. Tibbi-metereoloji proqnoza əsasən, may ayının 18-də Abşeron yarımadasında metereoloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275