SOSİUM

“Azərsu”dan köhnə borclarla bağlı - AÇIQLAMA
17 MAY
423

“Azərsu”dan köhnə borclarla bağlı - AÇIQLAMA

2016-05-17 10:42:00

Mətbuatda su və kanalizasiya xidmətlərinə görə ötən dövrdə yaranmış borcların mayın 16-dan etibarən qüvvədə olan tariflərə uyğun yenidən hesablanacağı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Fins.az xəbər verir ki, bu açıqlama ilə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı çıxış edib. Onun sözlərinə görə, yeni tariflərin tətbiqinin abonentlərin əvvəlcədən yaranmış borclarına heç bir təsiri olmayacaq.

“Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, sayğacla təmin olunmayan abonentlər ödənişləri ailə üzvlərinin sayına görə aparırlar. Tarif Şurasının qərarına görə 1 nəfər üçün aylıq norma 5 kubmetr götürülür. Əgər ailədə 4 nəfər varsa aylıq sərfiyyat 20 kubmetr olacaq və bunun 10 kubmetri (ayın birinci yarısı üçün) regiondan asılı olaraq 31 və ya 36 qəpikdən, qalan 10 kubmetri isə (ayın ikinci yarısı üçün) 45 və ya 50 qəpikdən hesablanacaq.

Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərin mayın 16-na qədər kartlarına yüklədikləri məbləğ köhnə tariflərlə, mayın 16-dan etibarən isə yeni tariflərlə hesablanacaq.


Mexaniki sayğaclarla bağlı isə sayğacın son oxunması ilə tariflər dəyişdikdən sonrakı oxunma arasındakı sərfiyyat günlərin sayına bölünərək orta günlük sərfiyyat çıxarılacaq. Neçə gün köhnə tarixə düşəcəksə köhnə tariflə, neçə gün yeni tarixə düşəcəksə yeni tariflə hesablama aparılacaq. Məsələn, sayğac sonuncu dəfə aprelin 20-də, növbəti dəfə mayın 20-də oxunubsa və 30 gündə 30 kubmetr su sərfiyyatı varsa, günə 1 kubmetr su sərfiyyatı düşür. Bu 30 günün 16 maya qədər olan hissəsi (25 gün) köhnə, qalan günlər (5 gün) isə yeni tariflə hesablanacaq. 

“Azərsu” ASC mexaniki sayğacların göstəricilərinin vaxtında və dəqiq oxunması üçün abonentlərdən xahiş edir ki, müfəttişlərə lazımi şərait yaratsınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275