SOSİUM

Artur Rəsizadənin Gürcüstana səfəri başlayıb
16 MAY
176

Artur Rəsizadənin Gürcüstana səfəri başlayıb

2016-05-16 11:18:00

Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstana səfərə gedib. 

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Artur Rəsizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb. 

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb. 

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək. 

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271