SOSİUM

AzərbaycandaSPİD-ə ən çox yoluxan - BÖLGƏLƏR AÇIQLANIB
13 MAY
444

AzərbaycandaSPİD-ə ən çox yoluxan - BÖLGƏLƏR AÇIQLANIB

2016-05-13 12:58:00

"Azərbaycanda İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeronunun, 75 faizi isə regionların payına düşür". Fins.az-ın "Report"-a istinadən məlumatına görə, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir: "Belə ki, bu rəqəm Şirvanda 49,8 faiz, Hacıqabulda 28, 7 faiz, Astara 22,4 faiz, Lənkəranda 17,7 faiz, Sumqayıt 16, 4 faiz, Xızı və Yevlaxda 11,2 faiz, Mingəçevir və Masallı 9,1 faiz, Göyçayda isə 7,9 faiz təşkil edir".

E.Alməmmədova qeyd edib ki, ötən il İİV-lə əlaqəli müayinə olunan 147 min hamilənin 47-də bu virusa yoluxma halı aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272