SOSİUM

Azərbaycanda işləyən əcnəbilərin sayı daha 2 min artdı
13 MAY
202

Azərbaycanda işləyən əcnəbilərin sayı daha 2 min artdı

2016-05-13 11:38:00

Bu ilin ilk 4 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artıb. Nazirlikdən fins.az-a verilən məlumata görə, hazırda fondda 29 994 nəfər əcnəbi qeydiyyatdadır. Həmin şəxslərdən 89,1%-i kişilər, digərləri qadınlardır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb. 

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Тürkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdur. Ümumilikdə sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274