SOSİUM

Maaşınızın artmasına mane olan - 6 SƏHVİNİZ
13 MAY
1274

Maaşınızın artmasına mane olan - 6 SƏHVİNİZ

2016-05-13 09:25:00

İndi nə qədər qazanmağınız,  sizin gələcəkdəki rifahınıza da təmir edir.  Ona görə də əmin olmaq lazımdar ki, maaşınızın artırılması üçün indiki işinizdə lazım olanların hamısını etmisiniz. Çünki bir qayda var – gələcəkdə başqa vəzifəlrdə nə qəər maaş alacağınız indiki işinizdəki maaşınızdan asılıdır. Yəni siz 10 il yaxşı maaş almamısınızsa, çətin ki, bu müddətdən sonra, ya da karyeranızın sonunda sizə yüksək maaşlar versinlər.

Eləcə də bax: Pulla ağıllı davranan uşaq böyütməyin - 5 YOLU

Ona görə də maaşların artırılmasının qeydinə indidən qalmaq, bu məsələni sonraya saxlamamaq lazımdır. Amma lazım olanı əldə etmək üçün, geniş yayılmış, amma baha başa gələn səhvlərdən kənar qaçmaq da tələb olunur. Beləliklə, sizin səhvləriniz: 

1. Siz maaşınızın artırılmasını xahiş etmirsiniz

Tədqiqatlar göstərir ki, işləyənlərin 56%-i heç vaxt maaşının artırılmasını xahiş etmir. Halbuki, maaş artımını istəyənlərin 3-də ikisi buna nail olur. Özü də burada həm qadınlar, həm də kişilər eyni şanslara malikdir. Oturub gözləmək lazım deyil ki, maşa əlavə və ya mükafat özü göydən düşəcək. Hətta əgər rəis sizin necə inadla və keyfiyyətlə işlədiyinizi görürsə, o sizin maaşınızı artırmağa borclu deyil. Yəni bu barədə işçinin özü təşəbbüs göstərib, nə istədiyini bildirməlidir. Əlbəttə ki. siz layiq olduğunuzu yox, nail ola bilməyiniz maaşı alacaqsınız. 

Eləcə də bax: İş müsahibəsində verməli olduğunuz - 21 SUAL

2. Maaşı artırmağı həddən artıq tez xahiş edirsiniz

İndi gənc nəsil daimi mükafatlandırılmağa öyrəşib. Bir qədər əvvəl keçirilən sorğu göstərib ki, işçilərin 40%-i hesab edir ki, maaşları hər iki ildə 1 dəfə artmalıdır – işin keyfiyyətindən asılı olmayaraq. Belə iddialar sizə baha başa gələ bilər. Maaşı artırmağı xahiş etməzdən əvvəl əllərinizi çırmalayıb işləmək və buna layiq olduğunuzu göstərmək lazımdır.  Buna 4 ay kifayət etməz, heç 8 ay da. Ona görə də yüksək maaş və ya karyera yüksəlişi tələb etməzdən əvvəl indiki vəzifənizdə azı 1 il keçirməyə hazır olmaq lazımdır. Özü də hətta lazım olan qədər gözləsəniz də yalnız o halda istədiyinizə nali olacaqsınız ki, sizə «dəxli olmayan» işləri də görməyə tənbəllik etməyəcəksiniz və əvəzolunmaz işçiyə çevriləcəksiniz.  

Eləcə də bax: «Şirkətimizi sevirik, elə deyilmi?» - «ÜZÜYOLA İŞÇİ» TAPMAQ ÜSULU

3. Xahiş etməyə hazırlaşmırsınız

Maaş artırmağı xahiş etmək- hələ işin yarısıdır. Sadəcə demək olmaz ki, «mən maaşımın artırılmasını istəyirəm» və bu zaman heç bir arqument gətirməyəsiniz. Özünüzün hər hansı nailiyyətinizi, bacarıq və təcrübənizi qeyd etməklə, siz rəhbərliyin gözündə öz iddialarınızı əsaslandıra bilərsiniz. Bundan başqa, «maaş söhbəti»nə getməzdən əvvəl işçi onun səviyyəsində olan işçilərin nə qədər maaş aldığını öyrənməlidir. Başqa sözlə, hazırlıq elə olmalıdır ki, maaşla bağlı söhbətdə işin 80%-i siz kabinetə girməzdən əvvəl görülmüş olsun. 

4. Siz özünüz də nə istədiyinizi bilmirsiniz

Əgər istəyirsinizsə ki, maaşınızı artırsınlar, əvvəlcədən öz məqsədlərinizi dəqiqləşdirin. Əvvəlcə müəyyən edin ki, «qiymətiniz» nə qədərdir. Bundan sonra dəqiqləşdirin ki, siz nə qədər istəyirsiniz və razılaşa biləcəyiniz minimal məbləğ nə qədərdir? Danışıqlara getməzdən əvvəl öz məqsədlərini müəyyən etmək mühüm qaydadır. Amma əksəriyyət bunu unudur. Dəqiq planınız olmasa siz təşəbbüsü könüllü olaraq qarşı tərəfə verəcəksiniz. 

Eləcə də bax: «Goldman Sachs»da işə qəbul zamanı verilən - 23 SUAL

5. Siz göstərmisiniz ki, heç bir halda işdən getməyəcəksiniz.

Bu işi heç vaxt tərk etməyəcəyinizi bildirməklə, siz özünüzü əlverişsiz vəziyyətə salırsınız. Çünki əgər rəis bilirsə ki. siz heç yerə getməyəcəksiniz, onda nəyə görə, sizə artıq pul ödəməlidir? Əsas məsələ sizin qiymətinizdir – təcrübəniz və biliklərinizlə. Ya rəhbərlik sizə uyğun maaş verir, ya da gedib başqa iş axtarırsınız. 

6. Siz «ədalət» barədə danışırsınız

Bilirsiniz, «ədalət» - yumşaq desək, nisbi anlayışdır. Ona görə də, yaxşısı budur, «ədalətli» maaş barədə danışmayasınız. Bu səmərəli strategiya deyil, çünki bununla siz rəhbərliyinizi özünü müdafiə etməyə məcbur edirsiniz. Bundansa, «maaş söhbəti»nə yarış kimi baxın – bu yarışda siz mümkün variantlardan ən yaxşısına nail olmaq istəyirsiniz. Sizə maaş məsələsində iki şey kömək edə bilər: başqa işdən gələn təklif və ya sizin belə təklif axtarmanız barədə rəhbərliyinizin narahatlığı. «Mənim maaşım ədalətli deyil» deməklə, siz qarşı tərəfi mənfi reaksiyaya vadar edirsiniz. Daha yaxşı olardı ki, deyəsiniz «mənim kənardan təklifim var, bu qədər maaş təklif edirlər». Bu sözləri heç kim hücum kimi qəbul etməyəcək, əksinə rəhbərlik fikirləşəcək ki, sizi itirmək istəmir və vəziyyəti düzəltmək üçün yollar axtaracaq. Çıxış yolu isə sizin istədiyinizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272