SOSİUM

Dünyada verilən rüşvətin ümumi məbləği - AÇIQLANDI
13 MAY
284

Dünyada verilən rüşvətin ümumi məbləği - AÇIQLANDI

2016-05-13 00:55:00

Dünya üzrə ümumdaxili məhsulun 2%-i rüşvətlərin payına düşür. Fins.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristin Laqard «Korrupsiya haqqında açıq danışaq» adlı məqaləsində yazıb. Məqalədə göstərilir ki, il ərzində dünyada veriən rüşvətlərin ümumi məbləği təqribən 1,5-2 trilyon dollar təşkil edir.

BVF-nin rəhbəri bildirir ki, korrupsiyaya qarşı mübarizə üçün çoxtərəfli yanaşma lazımdır. Bu yanaşmanın əsasında müstəqil və peşəkar dövlət qulluqçularının çalışdığı güclü dövlət institutlarının yaradılması dayanır. Laqard bildirib ki, korrupsiya vfə rüşvətxorluq təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş ölkələrdə də var. Fond rəhbəri hesab edir ki, korrupsiyanın aradan qaldırılması üçün nəsillərin dəyişməsini gözləmək düzgün deyil.

O sözlərinin sübutu kimi korrupsiyanı qısa müddətdə aradan qaldırmağa müvəffəq olmuş ölkələri – Sinqapuru və İndoneziyanı misal göstərib. Bu sahədə müsbət təcrübələr kimi isə Boliviya, Bolqarıstan, Myanma, Peru, Polşa və Seneqal da göstərilib. Qeyd edək ki, bu gün, mayın 12-də Londonda Antikorrupsiya Sammiti işinə başlayıb. Sammitdə 40-dan artıq ölkənin nümaynədəsi iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272