SOSİUM

Elektron arayış alanlar artır
12 MAY
251

Elektron arayış alanlar artır

2016-05-12 15:28:00

“Elektron Hökumət” portalı üzərindən təqdim edilən “İş yerinə dair arayış” xidmətindən təkcə aprel ayında 13739 dəfə istifadə olunub. Bu barədə fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Mayın 1-nə qədər istifadə sayı isə 282548-dir.

Xatırladaq ki, elektron arayış almaq istəyənlət bunun üçün “Elektron Hökumət” portalında elektron imza ilə autenfikasiyadan keçərək lazımi xidməti seçirlər. Bundan sonra iş yerinə dair formalaşdırılmış arayışı aidiyyəti quruma həm elektron şəkildə göndərmək, həm də çap edərək kağız şəklində təqdim etmək mümkündür. Elektron arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272