SOSİUM

Bahalı dərman görənlər – BU NÖMRƏNİ YIĞSINLAR
12 MAY
590

Bahalı dərman görənlər – BU NÖMRƏNİ YIĞSINLAR

2016-05-12 12:48:00

Azərbaycanda dövlət qeydiyyatına alınan 10 mindən çox dərman vasitəsinin 7075-nin qiyməti indiyədək Tarif Şurası tərəfindən təsdiq edilib. Fins.az-ın məumatına görə, bunlardan 5741-nin qiymətləri qüvvəyə minib və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək. «Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaq»-deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Qiymətləri təsdiq edilmiş dərmanların, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib və bəzi KİV-lərdə dərc edilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir. Təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270