SOSİUM

“Geyiminizə fikir verin” - DRESS-KOD NƏ ÜÇÜNDÜR?
11 MAY
508

“Geyiminizə fikir verin” - DRESS-KOD NƏ ÜÇÜNDÜR?

2016-05-11 16:16:00

“Hər kəsi geyimi ilə qarşılayırlar” - fikrini hələ ki heç kəs inkar etməyib. Hətta elmi cəhətdən sübut edilmişdir ki, yad insan haqqında təəssürat bir neçə saniyə ərzində formalaşır. Və elə  məhz bu qısa zaman ərzində sifarişçi, partnyor və ya şirkətin rəqibi anlayır ki, qarşısındakına inanmaq və ya etibar etmək olarmı. Çünki geyim – özünəməxsus bir  informasiya ötürücüsüdür. O şirkətin etibarlılığı haqqında, təqdim edilən xidmətlərin və ya malların keyfiyyəti haqqında məlumat verir. Korporativ stilin tətbiqi həmçinin firmanın imicini gücləndirməyə də kömək edir. Bu dress-kodun xarici  təzahürüdür.  Lakin dress-kodun əməkdaşlarda bütövlük hissini yaratmaq, hər hansı bir qrupa məxsus olduğunu göstərmək kimi daxili təsirləri də vardır. Xüsusi geyim həm də  öz təşkilatına sədaqətin və əminliyin simvoludur. 

May ayının 11-də  “BSC” Consulting & Outsourcing Şirkətinin təşkilatçılığı ilə “Dress-kodun biznesin inkişafına təsiri” adlı tədbir keçirilib. Şirkətdən fins.az-a verilən məlumata görə, tədbirdə dress-kodun yaranma tarixi, şirkətlər üçün dress-kod nümunələri, kişi və qadınlar üçün rəsmi və yarı-rəsmi (mərasim) geyimlər, biznesin inkişafında dress-kodun  rolları və s. kimi sahibkarlar üçün dəyərli məlumatlar paylaşıldı. Bundan başqa tədbirdə  “Rəsmi geyimin əməkdaşların əhval ruhiyyəsinə təsir edən tərəfləri”, “biznesin inkişafına qeyri-rəsmi geyimlərin mənfi təsirləri” və digər iş adamlarını maraqlandıran suallar cavablandırıldı. 

“BSC” Consulting & Outsourcing Şirkətinin HR Departamentinin rəhbəri Təhminə Dəmirova bildirdi ki, geyimdə müəyyən standartların olması, əməkdaşlara intizam öyrədir və onları bilavasitə xarici amillərə yayınmadan  işgüzar suallara fokuslanmağa kömək edir. Axı səliqəli və işgüzar geyimdə olan biri ilə iş danışıqları aparmağın daha xoş olması danılmazdır. Şirkətin əməkdaşının mötəbər xarici siması —  ilk növbədə məsuliyyətin dərəcəsinin   və münasibətlərin ciddiliyinin göstəricisidir. Bütün bunlar isə yüksək müştəri məmnuniyyətinin yaradılması üçün çox vacibdir. Müştəri məmnuniyyəti isə biirmənalı şəkildə müştəri bazasının artımına da təsir edir.

Korporativ dress-kodun xeyrinə əsaslı arqumentlər biri də bu gün həmçinin şirkətinizin öz fəaliyyət sferasında digər şirkətlərdən seçilməyə müvəffəq olmasıdır. Başqa sözlə, dress-kod — həmçinin şirkətinizin  təsirli fərdi korporativ simasının formalaşması və xüsusi  tanınması üsuludur.  Təhminə xanım həm də qeyd etdi ki, imicin sabitliyi hər şeydən əvvəl  şirkətin brendinq siyasətinin və nüfuzunun formalaşdırılması və inkişaf etdirilməsi üşün şox vacib amildir. Bu baxımdan da şirkət əməkdaşlarının dress-koda əməl etməsi onların imic siyasətinin prioritet istiqamətlərindən olmalıdır.

Tədbirdə həmçinin dress-kodla bağlı  xüsusi təqdimatlar və “BSC” Consulting & Outsourcing Şirkətinin dress-kod haqqında çəkdiyi qısa video- rolik də nümayiş olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274