SOSİUM

28 dərəcə isti olacaq - HAVA PROQNOZU
11 MAY
243

28 dərəcə isti olacaq - HAVA PROQNOZU

2016-05-11 12:52:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

Mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində  əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Mayın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271