SOSİUM

Pulla ağıllı davranan uşaq böyütməyin - 5 YOLU
10 MAY
736

Pulla ağıllı davranan uşaq böyütməyin - 5 YOLU

2016-05-10 18:05:00

Uşaq tərbiyə etməyin necə çətin olduğunu bütün valideynlər bilir.  Valideynlərin üzləşdiyi ən çətin vəzifələrdən biri də uşaqlara pulla düzgün davranmağın yollarını öyrətməkdir. Bəziləri övladlarına pul xərcləmək və idarə etməyin üsullarını düzgün izah etmirlər. Çox vaxt uşaqlara konkret nələri etməli olduqlarını deyirlər,  onları bir növ öz arxaları ilə aparmağı üstün tuturlar. 

Yaddan çıxarmayın ki, sizin özünüzün nümayiş etdirdiyiniz maliyyə idarəçiliyi, gəlir və xərcləri necə idarə etməyiniz, uşaqlara birbaşa təsir edir. Ona görə də, uşaqlarınıza pulla davranmağı öyrətməklə yanaşı, öz davranışlarınıza da fikir verin. Fins.az pulla ağıllı davranmağı bacaran övlad tərbiyə etməyin 5 üsulunu bölüşür. 

1. Əla maliyyə davranışı modeli yaradın! 

Valideyn kimi, siz öz uşaqlarınızın ilk maliyyə modelisiniz. Uşaqlar sizin davranışlarınızı yamsılayır və özünü sizə oxşatmağa çalışır. Maliyyə davranışları da istisna deyil.

Öz uşaqlığınızı yadınızsa salın. Böyük ehtimalla, valideynlərinizdən götürdüyünüz və bugünə qədər özünüzlə daşıdığınız vərdişləri görəcəksiniz. Ona görə də uşaqlarınıza nümayiş etdirdiyiniz  maliyyə dərslərinə fikir verin.

Ilk növbədə aşağıdakı suallara cavab tapmağa çalışın:

Pul cəhətdən tez-tez stres yaşayırsınız? Siz öz sərvətinizlə fəxr edib, pulu az olanları pisləyirsiniz? Maliyyə məsələlərini həyat yoldaşınızla müzakirə edirsiniz? Bu müzakirə razılıq, yoxsa mübahisə ilə nəticələnir? 

2. Uşaqlarınıza maliyyə vərdişləri öyrətməyə erkən yaşlardan başlayın! 

Uşaqlarla pul barədə danışmaq heç vaxt tez deyil. Onlara pullarını yığmaq üçün daxıl hədiyyə edin.  Beləcə onlar xırda qəpikləri yığmağa başlayacaqlar. Kiçik detal - içərisi görünən daxil olsa , uşaqlar bura pul atanda qısa zamanda vəsaitlərinin necə artdığını görəcəklər. Onları öz pullarını xərcləməkdən yayındırmayın. Nəticədə onlar görəcəklər ki, kiçik məbləğə xırda, daxil dolduqdan sonra isə daha vacib şeylər almaq olur. 

3. Dəyər verməyin əhəmiyyətli  olduğunu onlara öyrədin! 

Indi elə bir dövrdə yaşayırıq ki, yeni olmayan şeylər öz dəyərini itirir: smartfonlardan tutmuş, televizor , avtomobil və digər texnoloji avadanıqlara qədər.

Maddi və mənəvi şeylərə necə dəyər verməyi öyrətsəniz, onlara  böyük bir maliyyə dərsi keçmiş olarsınız.

Uşaqlarınız çox zaman pulu necə əziyyətlə qazanmağınızı deyil, sadəcə onun necə xərclənməsi prosesini görür. Buna görə də itirdiyiniz vaxt da daxil olmaqla, gəlirinizi necə əldə etməyinizn tam fotosunu övladlarınıza göstərməyə çalışın. 

4. Onları da pul xərcləməyə  cəlb edin! 

Təcrübə uşaqları daha yaxşı öyrədəcək. Bazarlığa onlarla birlikdə gedin və ya yaşları imkan verirsə, sınaq üçün bir dəfə onları supermarketə tək göndərin! Alış-verişə siyahı ilə, planlı şəkildə çıxmağın necə vacib olduğunu onlara başa salın. Onlara izah edin ki,  siyahısız bazarlıq əlavə, lazımsız xərclərə səbəb ola bilər. 

5. Uşaqları gecikmiş hədiyyələrə alışdırın! 

Insan övladı istədikləri şeyi tez əldə etməyin arzusunda olurlar. Övladlarımız da istisna sayılmır. Onları, hədiyyələri gec almağa alışdırmaq valideynin uşaqları qarşısında bəlkə də ən böyük uğurlarından biridir. Əgər siz bunu uşağınıza öyrədə biləsniz onda, övladınız üçün gələcəkdə uzun-müddətli uğura nail olmaq xeyli asanlaşacaq.

Məsələn əgər siz marketə daxil olmusunuz və uşağınız oyuncaqdan gözünü çəkmir və onu almağınızı israrla sizdən tələb edir. Bu zaman necə davranmaq lazımdır? Həmin oyuncağı ona dərhal almaq əvəzinə, müddəti ad günü və ya yeni ilə qədər uzatmağınız yaxşı olar. Ən yaxşı halda isə, çalışın ki, övladınız həmin oyunağı daxılına topladığı öz pulu ilə alsın. Bunu vərdiş halına gətirmək ilk vaxtlar çətin ola bilər, lakin sonra siz müsbət nəticənin şahidi olacaqsınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271