SOSİUM

NETTY 2016-nın nominantları müəyyən edilib
10 MAY
198

NETTY 2016-nın nominantları müəyyən edilib

2016-05-10 15:15:00

Mükafatın qalibləri 20 may tarixdə mükafatlandırma mərasimində elan olunacaq.

NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib.

Ekspert şurasının və Virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı-saytların siyahısından, mükafatın nominantları olan veb-saytlar, proqramlar və İT-layihələr seçilib. Nominantların yekun siyahısı ilə http://netty.az/nominants2016 saytında tanış ola bilərsiniz. Müsabiqənin qaliblərini müəyyən etmək üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Akademiyanın nümayəndələri daxili səsvermə əsasında hər mövcud olan 16 nominasiya üzrə bir qalibi müəyyən edəcək.

Nominantlar sırasından seçilmiş qaliblər 20 may tarixdə rəsmi mükafatlandırma mərasimində elan olunacaqlar. NETTY 2016-nın mükafatlandırma mərasiminin rəsmi partnyoru Megamart.az internet dükanıdır. Bütün nominant saytların nümayəndələri mərasimə dəvət olunacaq. Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri nominasiyalar üzrə qaliblər elan olunacaq. Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" və “Şəbəkənin seçimi” nominasiyalarında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272