SOSİUM

Beynəlxalq şirkətin adından saxta sənəd hazırladı - KREDİT GÖTÜRDÜ
10 MAY
441

Beynəlxalq şirkətin adından saxta sənəd hazırladı - KREDİT GÖTÜRDÜ

2016-05-10 14:15:00

Bakıda beynəlxalq şirkətin adından istifadə edərək kredit götürən şəxslə bağlı cinayət işi açılıb.

Fins.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Qurbanov 2014-cü ilin avqust ayında “NBC Bank”ınXətai filialına kredit üçün müraciət edib. O, “Caspian Support Solutions Services” LTD şirkətinə aid saxta arayış təqdim edərək 2 min manat kredit götürüb və bu günə kimi heç bir ödəniş etməyib. Saxta arayışda V.Qurbanovun həmin şirkətdə işlədiyi qeyd olunub.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb.

Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274