SOSİUM

Yağış gözlənilir – HAVA PROQNOZU
10 MAY
342

Yağış gözlənilir – HAVA PROQNOZU

2016-05-10 12:39:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 11-nə olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272