SOSİUM

Sosial müavinət alanların sayı - AÇIQLANDI
10 MAY
276

Sosial müavinət alanların sayı - AÇIQLANDI

2016-05-10 11:52:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hazırda 354 min nəfərə yaxın şəxsə aylıq sosial müavinət verir. Nazirlikdən fins.az-a verilən məlumata görə, onlardan 140,9 min nəfəri əlilliyə, 14,4 min nəfəri yaşa, 41,7 min nəfəri ailə başçısını itirməyə görə, 66,5 min nəfəri sağlamlıq imkanları məhdud uşaq olduğuna görə  aylıq sosial müavinət alır. 

ƏƏSMN-nin xətti ilə 49 min nəfər müharibə veteranı, müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarından ibarət 18,3 min nəfər uşaq da aylıq sosial müavinət alır. Ayıq sosial müavinət ödənilənlərin sırasına həmçinin aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar (5,8 min nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları  (8,9 min nəfər)  və digər müvafiq kateqoriyalardan olan insanlar daxildir. 

Ölkə prezidentinin 19 yanvar 2016-cı il tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanına əsasən, sosial müavinətlərin məbləği cari il fevralın 1-dən növbəti dəfə artırılıb. 

Sosial müavinət və təqaüd, eləcə də ünvanlı dövlət sosial yardımı alanların siyahısı nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272