SOSİUM

Prezident veteranlara yarım milyon pul ayırdı - SƏRƏNCAM
10 MAY
256

Prezident veteranlara yarım milyon pul ayırdı - SƏRƏNCAM

2016-05-10 08:30:00

Prezident İlham Əliyev müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Fins.az xəbər verir ki, sərəncamda bildirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı Veteranlar Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 500 min manat ayrılsın.

2. Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274