SOSİUM

Sabah isti olacaq – HAVA PROQNOZU
09 MAY
322

Sabah isti olacaq – HAVA PROQNOZU

2016-05-09 12:44:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 10-a hava proqnozunu açıqlayıb. Fins.az-ın məlumatına görə,

Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxtdakı şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14 , gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Mayın 10-da əsasən yağmursuz, səhər bəzi yerlərdə duma olacağı gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28 , dağlarda gecə 4-9 , gündüz 14-19 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275