SOSİUM

Nazir: "Bizdə işçi ixtisarı olmayacaq"
07 MAY
963

Nazir: "Bizdə işçi ixtisarı olmayacaq"

2016-05-07 20:10:00

"Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi nəticəsində işçi ixtisarı olmayacaq". Fins.az-ın "Report"a istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

S.Müslümov deyib ki, nazirliyin hazırladığı layihədə birləşmə nəticəsində kənarda qalan işçi qüvvəsindən əsasən məşğulluq mərkəzlərinin yenidən kompleksləşdirilməsi üçün istifadə olunması nəzərdə tutulub: "Biz həmin prosesi həyata keçirmişik və bu məsələyə Maliyyə Nazirliyi ilə birgə baxılıb. Ayrı-ayrı strukturlar, həm onların aparatları, həm də yerli orqanları yenidən nəzərdən keçirilir. Ən optimal hesab etdiyimiz variant tapılıb. Buna uyğun olaraq, müvafiq təkliflər paketi hazırlanıb. Hazırda həmin təkliflər paketinə Prezident Administrasiyasında baxılır. Son varinat hazır olan kimi Prezident İlham Əliyevə təqdim olunacaq".

Eləcə də bax: «Şirkətimizi sevirik, elə deyilmi?» - «ÜZÜYOLA İŞÇİ» TAPMAQ ÜSULU

Eləcə də bax: Azərbaycanda 2016-cı il iqtisadi aktivlik trendləri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272