SOSİUM

Ən böyük ünvanlı yardımı bu ailə alır – MƏBLƏĞ
06 MAY
1251

Ən böyük ünvanlı yardımı bu ailə alır – MƏBLƏĞ

2016-05-06 17:00:00

Azərbaycanda ünvanlı yardım almaq üçün müraciətlərə baxılması avtomatlaşırılandan sonra belə müraciətlərdən imtina halları da artıb. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 19-da Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) işə salınıb. Həmin tarixdən etibarən ünvanlı sosial yardımların alınması üçün müraciətlər elektron şəkildə qəbul edilir, müraciətlərin və göndərilən məlumatların ilkin emalını da məhz bu sistem həyata keçirir.

Nazirlikdən bildirilib ki, mayın 4-dək bu sistemə ünvanlı yardımlarla bağlı 83 182 müraciət daxil olub. Müraciətlərdən 72 276-sı təmsilçilər tərəfindən təsdiqlənib ki, onlardan 60 106-sı sistemdə artıq emal edilib. Emal edilərkən məlum olub ki, “Ərizə-bəyannamə”lərdən 55 234-də yəni təqribən 92%-də göstərilən məlumatlar həqiqətə uyun gəlmir: «Həmin məlumatlar aidiyyəti qurumların informasiya sistemlərindan alınmış məlumatlar əsasında yoxlanılarkən öz təsdiqini tapmadığı, habelə məlumatların gizlədilməsi halı və digər uyğunsuzluqlar müəyyən olunub»-deyə nazirlikdən bildirilir.

Bu səbəblərdən həmin ailələrə sosial yardımın təyin olunmasından imtina edilib. Amma müraciətə müsbət cavab alanlar da var. VEMTAS sistemi tərəfindən 68 rayon və şəhər üzrə 20 244 nəfər ailə üzvünü əhatə edən 4872 ailəyə ünvanlı sosial yardım təyin edilib. Təyin edilmiş ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği 154 manat olub. Ünvanlı sosial yardımları üzrə ən yüksək aylıq məbləğ isə 510,09 manat (Ucar rayonu, ailə üzvlərinin sayı 7 nəfər) səviyyəsində qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275