SOSİUM

Qarabağ münaqişəsini kim «qızışdırır»? – ƏHALİNİN CAVABI
04 MAY
364

Qarabağ münaqişəsini kim «qızışdırır»? – ƏHALİNİN CAVABI

2016-05-04 16:43:00

Bu gün JW Marriott Absheron Baku otelində "ACT Azərbaycan” şirkəti 1-3 aprel tarixlərində cəbhə xəttində baş verənlərlə bağlı "Dağlıq Qarabağ münaqişəsində ictimai rəy sorğusu" adlı tədbir keçirib. Fins.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri və QHT nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olmuş diplomatik nümayəndəliklər və “ACT Azərbaycan”ın daxil olduğu “ACT Global” şirkətinin rəsmiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "ACT Azərbaycanın"şirkətinin baş direktoru Səbinə Əkbərova aparılan tədqiqatlarda maraqlı statistikalar əldə olunduğunu bildirdi: “Respondentlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin də əli olduğunu düşünür. Fikri öyrənilmiş vətəndaşların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir. Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi toqquşmanı stimullaşdırdığını düşünür. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyi qənaətindədir. Respondentlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılacağına əmindir".

Qeyd edək ki, "ACT Azərbaycan”ın apardığı sorğuda 400 nəfər Bakı sakini iştirak edib. İştirakçıların 52%-ni qadınlar,48%-ni isə kişilər təşkil edib.

        Eləcə də bax: Qarabağ münaqişəsi barədə – SORĞUNUN NƏTİCƏLƏRİ

ACT Global şirkətinin baş direktoru Tinatin Ruxadze isə ümumiyyətlə Cənubi Qafqazda mövcud olan milli-etnik münaqişələrdən söz açıb, onların həllinin vacibliyini vurğulayıb. Təqdimat ictimai xadimlərin və QHT üzvlərinin çıxış və sualları ilə davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275