SOSİUM

"Tamah məqsədilə törədilən cinayətlərin sayı artıb"
04 MAY
217

"Tamah məqsədilə törədilən cinayətlərin sayı artıb"

2016-05-04 15:56:00

Azərbaycanda tamah məqsədilə törədilən cinayətlərin sayında artım var.

Bu barədə bu gün jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

O bildirib ki, əslində son illərdə məhkumların sayı stabil qalsa da, bu il qismən artıb: "Əsasən dələduzluq, quldurluq, soyğunçuluq cinayətləri törədənlərin sayı artıb. Yəni, əsasən tamah məqsədilə törədilən cinayətlərin sayında artım var. Bu isə təcridxanadan azad olunan məhkumların azadlıqda iş tapmaması ilə əlaqədardır".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275