SOSİUM

Yeni yaradılan quruma təyinatlar açıqlandı
03 MAY
1627

Yeni yaradılan quruma təyinatlar açıqlandı

2016-05-03 13:45:00

Azərbaycanda yeni yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə icraçı direktor təyin edilib. Qeyd edək ki, aprelin 20-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb və Mərkəzin Müşahidə Şurasının üzvləri təyin edilib.

Mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının ilk iclası keçirilib. Mərkəzdən verilən məlumata görə, Müşahidə Şurasının sədri Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, üzvləri ASAN Xidmət Dövlət Agentliyinin sədri İnam Kərimov və Milli Məclisin deputatı Vüsal Hüseynovdur. İclasda Mərkəzin fəaliyyətinin təşkili və strateji inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin edilib. Vüsal Qasımlı iqtisad üzrə fəlsəfə doktorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274