SOSİUM

“Azərsu”yun sədr müavini qəzaya düşdü -FOTOLAR
03 MAY
355

“Azərsu”yun sədr müavini qəzaya düşdü -FOTOLAR

2016-05-03 08:05:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb. Fins.az xəbər verir ki, hadisə mayın 2-də "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub. Teyyub Cabbarovun olduğu "Toyota-avalon" markalı maşın "Qaz-31"lə toqquşub. Qəzada iki nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Teyyub Cabbarovun vəziyyətinin ağır olduğu, hətta komaya düşdüyü bildirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətin rəhbəri Anar Cəbrayıllı sədr müavinin qəzaya düşdüyünü təsdiqləyib: "Teyyub Cabbarov qəzada yüngül xəsarət alıb. Hazırda evdədir, özünü yaxşı hiss edir".

A. Cəbrayıllı qeyd edib ki, qəzada həlak olanlardan iki nəfərdən biri Teyyub Cabbarovun sürücüsü, digəri isə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272