SOSİUM

Azərbaycandan Həcc ziyarətinə gedənlər azalıb
02 MAY
239

Azərbaycandan Həcc ziyarətinə gedənlər azalıb

2016-05-02 15:50:00

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb. Fins.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlar üçün ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib. Ayrılan 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidməti üçün, 440-ı isə VİP ziyarət xidməti üçün nəzərdə tutulur.

Kvotanın endirilmə səbəbi açıqlanmasa da, bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir. Xatırladaq ki, bu say ötənilki kvotadan 4 dəfə azdır.

Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün isə 3500 dollar tələb olunur. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272