SOSİUM

Uşaqların bağçalara qəbulu elektron qaydada aparılacaq
29 APREL
318

Uşaqların bağçalara qəbulu elektron qaydada aparılacaq

2016-04-29 17:34:00

Gələn ildən başlayaraq Azərbaycanda ali təhsil müəssisələrinin tələbələri arayış və sənədləri elektron qaydada əldə edə biləcəklər. 

Fins.az-ın məlumatına görə, bu, Azərbaycan prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Plana əsasən ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2017-2018-ci illərdə ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsini təmin etməlidir. 

Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  isə 2016-2017-ci illərdə məktəbəqədər  təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılmasını təmin etməlidir. Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə isə 2017-ci ildə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi və regionları əhatə etməsini təmin etmək tapşırılıb.

Mənbə: apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274