SOSİUM

Azərbaycanın Rusiyadakı baş konsulları geri çağrıldı - SƏRƏNCAM
28 APREL
982

Azərbaycanın Rusiyadakı baş konsulları geri çağrıldı - SƏRƏNCAM

2016-04-28 19:23:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.

Prezidentin digər bir Sərəncamı ilə, Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272