SOSİUM

İcra məmurlarına yeni səlahiyyət verilir
28 APREL
454

İcra məmurlarına yeni səlahiyyət verilir

2016-04-28 14:27:00

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “İcra məmuru haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, qanunun 11-ci maddəsinin beşinci hissəsinə təklif olunan hissəyə əsasən “Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir".

Layihə səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275