SOSİUM

Azərbaycanda hakim təyinatları olacaq - ADLAR
28 APREL
308

Azərbaycanda hakim təyinatları olacaq - ADLAR

2016-04-28 14:06:00

Şirvan Apellyasiya Məhkəməsinin sədri Ali Məhkəmənin hakimi təyin edilir.

Fins.az-ın modern.az-a istinadən məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin İbayev və Zakir Quliyevdir. Onların yenidən əvvəlki vəzifələrə təyin olunacağı təklif edilib.

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov Ali Məhkəmənin hakimi təyin edilməsi nəzərdə tutulur.

Ali Məhkəmənin hakimi Rəşadət Ağayev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

***

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən cilasında Şirvan Apellyasiya Məhkəməsinin sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsi, o cümlədən bir sıra hakimlərin yerlərinin dəyişdirilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılıb.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, iclasda o cümlədən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Komitəyə daxil olan sənəddə Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimlərinin Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib. Bunlar İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğludur. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Ağa oğlu Əsgərovun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də təkliflər sırasındadır. 

Bütün təkliflər MM-in plenar iclasına tövsiyə olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270