SOSİUM

Bu rayonda dağılmış evlər dövlət hesabına bərpa ediləcək
27 APREL
252

Bu rayonda dağılmış evlər dövlət hesabına bərpa ediləcək

2016-04-27 18:46:00

Tərtər rayonunun cəbhəboyu yaşayış məntəqələrində dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək.

Fins.az bildirir ki, bunu Report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısıMüstəqim Məmmədov deyib.

İcra başçısı xatırladıb ki, son günlər ermənilər təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur: "Ermənilərin atdığı "qrad" mərmiləri fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Elə evlər var ki, tamami ilə yarasız hala düşüb və həmin evlərdə yaşamaq təhlükəli olduğundan evin sakinləri müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən dağılmış və qismən ziyan dəymiş evlər qeydiyyata alınıb və həmin evlər dövlət vəsaiti hesabına bərpa ediləcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275