SOSİUM

Məhkəmələrdə yeni təyinatlar- SƏRƏNCAM
27 APREL
717

Məhkəmələrdə yeni təyinatlar- SƏRƏNCAM

2016-04-27 18:44:00

Azərbaycanda bəzi məhkəmə hakimləri dəyişdirilib. Fins.az-ın məlumatına görə, prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Etibar Zülfüqar oğlu Hümbətov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Zamiq Akif oğlu Rəsulov Cəbrayıl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Ələkbər Məmmədtağı oğlu Hüseynov Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Rafiq Vəli oğlu Kazımov Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Təranə Talış qızı Hüseynova Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Cəbrayıl Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272