SOSİUM

Bakıda bələdiyyələrin rəhbəri dəyişdi
27 APREL
266

Bakıda bələdiyyələrin rəhbəri dəyişdi

2016-04-27 09:23:00

Bu gün Xırdalan şəhərində Azərbaycan Milli Şəhər Bələdiyyə Asosisasiyasının illik toplantısı keçirilib.

Toplantıda Prezident Adminstrasiyasının  sektor müdiri Emin Eyvazov, Ədliyyə Nazilriyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi Mehdi Səlimzadə, Nəsimi Bələdiyysinin sədri Nazim Qaraxanov çıxış edib. Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, Qusar bələdiyyəsinin sədri Əlfəddin İbrahimov, Şəmkir Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış edərək sədri olduqları bələdiyyənin fəaliyyəti barədə hesabat veriblər.

Ümumi yığıncaqda təşkilat məsələsinə də baxılıb.

Assosiasiaya sədri olmuş Əbülfəz  Babayev ötən ilin dekabrında vəzifəsini tərk etdiyindən öz xahişiylə assosiasiya sədrliyindən azad edilib. Səs şoxluğu ilə Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev assosiasiya sədri seçilib.

Növbəti günlərdə digər assosiasiyaların da ümumi yığıncaqları keçiriləcəyi bildirilir.

Mənbə: Bələdiyyə.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270