SOSİUM

Pensiyaya necə hazırlaşmaq lazımdır? -  7 ÜSUL
25 APREL
531

Pensiyaya necə hazırlaşmaq lazımdır? -  7 ÜSUL

2016-04-25 17:50:00

Pensiyaya çıxmağa hazırlaşan şəxslər buna əvvəlcədən hazırlaşmalıdırlar. Təcrübə göstərir ki, insanlar məhz plansız davrandıqlarına görə təqaüdə çıxdıqları zaman çətinliklə üzləşirlər. İnkişaf etmiş. Xüsusilə də əhalisi maliyyə cəhətdən maariflənmiş ölkələrdə, insanlar təqaüdə xeyli müddət əvvəldən hazırlaşmağa başlayırlar. Amma təssüf ki, Azərbaycanda pensiyaya hazırlaşandar bu dövrdən lazımınca istifadə edə bilmir, pensiyaya hazırlaşmır,  nəticədə təqaüd dövründə onların yaşayış səviyyəsi kəskin aşağı düşür. 

Bəs necə edək ki, bu dövrə gəlib çatanda çətinlik çəkməyək? 

Əgər siz bir neçə ildən və ya onillikdən sonra təqaüdə çıxmağı planlaşdırırsınızsa, onda yaxşı olardı ki, bu prosesə elə indidən başlayasınız. Bəs təqaüd dövrünə necə hazırlaşaq? Aşağıda sizinlə bir neçə faydalı məsləhəti bölüşəcəyik. 

1. Artıq indidən pul yığmağa başlayın 

Pensiya vaxtı üçün nə qədər tez vəsait qənaət etməyə başlasanız, bir o qədər yaxşıdır. Çünki yaşınız artıqca iş tempiniz və işləmək istəyiniz də aşağı düşür. Bəzi şəxslər yalnız bəlli yaşa çatdıqdan sonra təqaüd barədə fikirləşməyə başlayırlar. Lakin yaxşı olardı ki, bu barədə elə gənc yaşlarından fikirləşəsiniz. Aylıq məvacibinizin ən az 3%-ni yaşlılıq dövrü üçün toplayın. 

2. Kreditlərinizi qaytarıb bitirin 

İndi krediti olmayan adam tapmaq mümkün deyil. Yəqin bu sətirləri oxuyanın da hansısa banka kredit borcu var. Əgər insan işləyirsə və sabit gəliri varsa, bu normaldır. Amma pensiyaçı üçün yox. Ahıl vaxtlarında, başqa gəlirləri olmadığı halda pensiyanı əvvəl alınmış kreditin ödənilməsinə xərcləmək yaxşı hal deyil. Ona görə də, pensiya yaşına çatmamış bütün kreditləri ödəməyə çalışın. Vacib olmadıqda isə yeni kreditlərdən çəkinin. 

3. Part-time işlər əla seçimdir! 

Pensiyaya çıxmaq istirahət etmək deməkdir. Amma tamamilə işsiz qalmaq da yaxşı deyil – əlbəttə ki, sağlamlığınız və səbriniz imkan verirsə. Vacib deyil ki, tam iş günü işləyəsiniz, pensiyaçılar üçün ən sərfəli variantlardan biri məsləhətçi – konsultant peşəsidir. Əgər kifayət qədər təcrübəniz varsa və müəyyən sahə üzrə ixtisaslaşmısınızsa, o zaman sizə daim ehtiyac var. Informasiya texnologiyaları, maliyyə sahəsində qazandığınız təcrübələr sizə maddi gəlir əldə etməkdə kömək edəcək. Təşkilatşılıq bacarıqlarınız və təcrübənizdən istifadə edin. Əvvəllər bu sahə üzrə ixtisaslaşmısınızsa onda, layihə rəhbərləri öz tədbirlərinin icrasında və təşkil olunmasında sizə tam əminliklə etibar edəcəklər. 

Məsləhətçi işləmək alınmasa, müəllimlik etmək olar. Pedoqoji bacarıqlarınızı gəlir əldə etmək və gənc nəsli maarifləndirmək yolunda istifadə edə bilərsiniz. Evinizdən çıxmadan, riyaziyyatdan tutmuş piano ifaçılığına qədər dərslər verə bilərsiniz. Bu yolla, vaxtınız da faydalı və əyləncəli keçəcək.

4. Riteyl biznesə başlaya bilərsiniz. 

İnanmazsınız, amma pensiayaya çıxmaq, yeni biznesinin  başlanğıcı olar. Məsələn, əgər sizin zəngin əntiq kolleksiyanız və ya artıq oxuyub bitirdiyiniz kitabxananız varsa, onları öz xeyrinizə istifadə edə bilərsiniz. Bu zəmində online biznes ən optimal yoldur. Məhsullarınızı onlayn satış səhifələrində sata bilərsiniz. 

5. Əvvəlki işinizdə daha az maaşla işləyin 

Əgər sonuncu məşğul olduğunuz işi sevirdinizsə, ondan əl çəkməyə tələsməyin. Direktorunuzla şərtləri müəyyənləşdirib, işinizə yeni məcrada davam edin. Sizin kimi təcrübəli işçini itirmək müdir üçün də ürəkaçan olmaz. Beləcə nisbətən az maaşla və daha yumşaq şərtlər altında sevdiyiniz işlə məşğul olmağa davam edə bilərsiniz. 

6. Evinizi dəyişin 

Artıq övladlarınızı yerbəyer etminizsə, onda çoxotaqlı və iri evdən imtina etməyin əsl zamanıdır. Bu yolla həm xərclərini azalda, həm də sağlamlığınızın qeydinə qala bilərsiniz. Şəhərin səs-küyündən, qaça-qovundan uzaq, sağlam ətraf mühidə yerləşən sadəcə və kiçik mənzillər və ya şəhər kənarında fərdi ev yaşlı çütlüklərin rahatlığını təmin edə bilər. Üstəlik, mərkəzdə yerləşən böyük evin satışından əldə edilən pulun digər hissəsi sizin maliyyə imkanlarınızı xeyli artıra bilər. 

7. Sağlamlığınızı sığortalayın

Təqaüdə çıxanda xərcləri azaltmaq lazımdır, amam bu iddia sığorta xərclərinə aid deyil. Söhbət sağlamlığın sığortasından gedir. Əksinə, pensiyaya çıxandan sonra sağlamlıq sığortasına daha ciddi fikir vermək lazımdır – çünki artıq orqanizminiz əvvəlki kimi dözümlü deyil, dərman və müalicə xərcləriniz arta bilər. Sağlamlıq isə gələcəyə qoyulan ən böyük sərmayələrdən biridir. Ona görə də, özünüzü hərtərəfli səhiyyə sığortası ilə təmin edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272