SOSİUM

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi
22 APREL
634

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

2016-04-22 16:27:00

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Fins.az daxil olan məlumatda bildirilir ki, işğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar:

“Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275