SOSİUM

“Azərlotereya” ili mənfəətlə başa vurub
22 APREL
286

“Azərlotereya” ili mənfəətlə başa vurub

2016-04-22 14:33:00

2015-ci ilin yekununa görə, “Azərloteraya” şirkətinin cəmi aktivləri 7 milyon 286 min manat təşkil edib. Fins.az şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 11,8% çoxdur. Son 1 ildə “Azərlotereya”nın cəmi öhdəlikləri 28,3% azalaraq 1 milyon 606 min manat, cəmi kapitalı isə 14,5% artaraq 5 milyon 680 min manat olub.

Hesabat dövründə şirkətin əsas əməliyyat gəliri 27 milyon 684,2 min manat, sair əməliyyat gəliri, 642,5 min manat, maliyyə gəliri isə 252,2 min manat təşkil edib. “Azərlotereya” biletlərin çapına isə 26 milyon 510 min manat pul xərcləyib. Şirkət həmçinin 413,8 min manat mənfəət vergisi ödəyib. Son nəticədə “Azərlotereya” 2015-ci ili 1 milyon 655,1 min manat xalis mənfəətlə başa vurub. Bu da 2014-cü illə müqayisədə 16,3% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272