SOSİUM

Prezidentdən yeni təyinatlar - SİYAHI
20 APREL
2206

Prezidentdən yeni təyinatlar - SİYAHI

2016-04-20 19:16:00

Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncamda qeyd olunur:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Eyvazova Nərgiz Xələf qızı - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

Həsənli Emin Əliyar oğlu - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu - Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Xəlilov Anar Əhməd oğlu - Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Nuriyev Əliməmməd Mali oğlu - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 372) ləğv edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274